• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Shahin Mustafayev

İqtisadiyyat nazirinin statusunda yenilik rəsmiləşdi

  • 29 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dövlət başçısı İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin fəaliyyətinin təmin edilməsi haqqında 5 sentyabr 2017-ci il fərmanının tətbiqi ilə əlaqədar sənəd imzalayıb.

Dekabrın 28-də imzaladığı fərmanla prezident İqtisadiyyat Nazirliyinin əsasnaməsinə dəyişikliklər edib. Yeniliklər nazirliyin ticarət nümayəndələrinin və onların aparatlarının maddi-texniki və maliyyə təminatını həyata keçirmək səlahiyyətini rəsmiləşdirir.

İqtisadiyyat naziri prezidentlə razılaşdırmaqla ticarət nümayəndələrini vəzifəyə təyin və vəzifədən azad etmək, ticarət nümayəndələrinə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsinə dair təkliflərlə çıxış etmək səlahiyyəti alır.

5 sentyabr fərmanı ticarət nümayəndələrinin aparatlarının yaradılmasını nəzərdə tutub. Ticarət nümayəndələri və onların aparatları İqtisadiyyat Nazirliyinin strukturuna daxil olur. Aparat işçilərinin sayını və ştat cədvəllərini İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq edir. İşçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi iqtisadiyyat nazirinin səlahiyyətindədir, ticarət nümayəndələrinin aparatlarının maddi-texniki və maliyyə təminatını İqtisadiyyat Nazirliyi həyata keçirir.

Novator.az xatırladır ki, dövlət başçısı Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsinə bu il yanvarın 26-da fərman verib. Qərar xarici ölkələrdə Azərbaycanın və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması zərurəti ilə əsaslandırılıb.

İqtisadiyyat naziri postunu Şahin Mustafayev tutur. O, əvvəllər İqtisadi İnkişaf Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi adlanmış quruma 2008-ci ildən rəhbərlik edir.

Neft Fondunun 2018-ci il büdcəsi

  • 29 Dekabr 2017
  • comments

Məzənnələrin 2017-ci il nöqtəsi

  • 29 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

Son materiallar

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda