• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Taleh Bagirov

Taleh Bağırova yeni ittihamın detalları

  • 28 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Həbsdə olan ilahiyyatçı Taleh Bağırova qarşı yeni cinayət işi üzrə ittihamın detalları bilinib.

Taleh Bağırov 2015-ci ilin noyabrında Daxili İşlər Nazirliyinin paytaxtın Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı tutulub, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə silahlanaraq hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi planlaşdırmaqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda Taleh Bağırov Qobustan həbsxanasında saxlanır. Yeni cinayət işi üzrə ittiham ona 2017-ci ilin dekabr ayının 27-də həbsxanada elan olunub. İttihamı Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqi Taleh Bağırovun və onun vəkili Cavad Cavadovun iştirakı ilə elan edib.

2017-ci il iyulun 31-də Taleh Bağırovun üstündə yeddi ədəd “microSD” tipli yaddaş kartı aşkarlanıb. Yeni cinayət işi buna görə qaldırılıb.

Dekabrın 27-də elan olunan ittiham Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsaslanır. Məhbus qadağan olunmuş əşyaların saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsində ittiham edilir. Bu əməl 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Vəkil Cavad Cavadov “Turan”a deyib ki, keçirilmiş ekspertizalar Taleh Bağırovda aşkarlanmış yaddaş kartlarında “Qurani Kərim”in mətninin, təsvirinin və başqa məlumatların olduğunu göstərib. Vəkil bunların qadağan edilmiş məlumatlar olmadığını söyləyir: “Taleh Bağırov özünü təqsirli bilmir, ittihamı qəbul etmir və ifadə vermir. İfadəni məhkəmədə verəcəyini bildirir. Bu səbəbdən ittihama onun münasibəti haqda bundan artıq nəsə deyə bilmərəm”.

Vəkilin sözlərinə görə, cinayət işinin istintaqı tamamlanıb və hazırda proses müdafiə tərəfinin iş materialları ilə tanışlığı mərhələsindədir.

Hüquq müdafiəçisi nazirliyi məhkəməyə verə bilər

  • 28 Dekabr 2017
  • comments

Nardaran işi: daha 12 nəfərə cəza verildi

  • 28 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda