• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Prezident

Prezident yeni agentliyin yaradılmasına fərman verdi

  • 28 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dekabrın 28-də prezident İlham Əliyev Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması barədə fərman imzalayıb.

Agentlik İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda olacaq.

Novator.az-ın məlumatına görə, fərmanda deyilir ki, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, kiçik və orta sahibkarlıq subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılacaq. Onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçiriləcək.

Agentliyə Müşahidə Şurası rəhbərlik edəcək. Şuranın 7 üzvü (iqtisadiyyat naziri, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinləri, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti) olacaq.

Müşahidə Şurasına iqtisadiyyat naziri sədrlik edəcək.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi isə icraçı direktor reallaşdıracaq. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini, ölkə prezidenti ilə razılaşdırmaqla, iqtisadiyyat naziri həyata keçirəcək.

Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi bu vəsaitlər hesabına olacaq: dövlət büdcəsindən ayırmalar, görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər.

Dövlət başçısı yeni agentliyin yaradılması ilə əlaqdar məsələləri həll etmək üçün Nazirlər Kabinetinə, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirliklərinə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə bir sıra tapşırıqlar verib.

Azərbaycanda yeni televiziyanın sahibi bilindi

  • 28 Dekabr 2017
  • comments

Neft Fondunun 2018-ci il büdcəsi

  • 29 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda