Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının məhkəməsi davam etdirilir.
İşə hakim Hümbət Səlimov baxır.
Dekabrın 28-də keçirilən prosesdə şahidlər Qoşqar Muradov, Azər Bayramlı və Dövlət Xanbabayev ifadə veriblər.
Vəkil Nemət Kərimlinin “Amerikanın səsi”nə dediyinə görə, şahidlərdən biri Əfqan Muxtarlını tanıyıb: “Şahid bildirdi ki, Əfqanı sərhədin Gürcüstan hissəsində gürcülərdən təhvil alıb. Əfqan Muxtarlı dedi ki, həmin şəxs onu təhvil alan kimi zəng edərək rəhbərliyinə bildirib ki, “molla bizdədir, molla ilə yasa gəlirik”. Əfqan Muxtarlı həmin şahidin adam oğurluğu ittihamı ilə istintaqa cəlb edilməsi məqsədilə Baş Prokurorluğa müraciət edilməsi barədə vəsatət qaldırdı. Məhkəmə vəsatəti təmin etmədi”.
Vəkilin sözlərinə görə, digər şahidlər Əfqan Muxtarlıdan pul tapıldığını desələr də pulun dollar və ya avro olduğunu bilməyiblər: “Hətta şahidlər avronun hanı rəngdə olduğunu, üzərində hansı işarələrin olduğunu deyə bilmədilər”.
Əfqan Muxtarlı məhkəmə prosesində bir daha bəyan edib ki, ona qarşı irəli sürülən ittihamlar saxtadır və siyasi sifarişin nəticəsidir.
Proses gələn il yanvarın 5-də davam etdiriləcək.
Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. İbtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
İbtidai istintaq müddətində Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasında saxlanıb, məhkəmə ərəfəsində Şəki İstintaq Təcridxanasına köçürülüb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Müdafiəçiləri və ailə üzvləri də bunu təsdiqləyirlər. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.
Əfqan Muxtarlının işi: nə baş verir?
Əfqan məsələsi: Azərbaycan və Gürcüstanın hüquq mühafizə orqanlarından açıqlamalar
Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçildi
Əfqan Muxtarlı ilə bağlı rəsmi məlumat
Gürcü nazir azərbaycanlı jurnalistdən danışıb: “Detallar aşkara çıxarılacaq”
Bakıda məhkəmə, Gürcüstan parlamentində aksiya
Avropa Parlamenti Azərbaycana nə tələblər qoyub?
“Sərhədsiz reportyorlar” həbsdəki jurnalistləri azadlığa buraxmağa çağırır
Əfqan Muxtarlının işi: Gürcüstanda diqqət artır
Əfqan Muxtarlının işi: görüntülər görünmür
Əfqanın yeni məhkəməsi. Jurnalistin səhhəti pisləşib
Müddət bitməmiş davamı gəldi
Əfqan Muxtarlının işi: şikayətlərə baxılıb
Əfqan Muxtarlı hakimə nə deyib?
Əfqan 110 manat 95 qəpik ödəyəcək
Jurnalist 30 kilo arıqlayıb
Əfqan Muxtarlının Gürcüstana müraciəti
Əfqan Muxtarlının ailəsi Gürcüstanı tərk etdi
Əfqan Muxtarlı qaçmaq fikrində olmadığını desə də…
Əfqan Muxtarlının layiq görüldüyü mükafat xanımına təqdim olunub
Əfqan Muxtarlının işi: ibtidai istintaq başa çatdı
Əfqan Muxtarlının məhkəməsinin vaxtı məlum olub
Əfqan Muxtarlının məhkəməsi: bircə vəsatət təmin olunub
Əfqan Muxtarlı qəfəsdə, jurnalistlər qapı ağzında, şahidlər dinləmədə