• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanda yeni televiziyanın sahibi bilindi

  • 28 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Azərbaycanda yeni televiziya kanalının açılması üçün elan edilmiş müsabiqənin qalibi bəlli olub.

Müsabiqəni Milli Televiziya və Radio Şurası keçirirdi.

Novator.az-ın məlumatına görə, dekabrın 28-də şura müsabiqədə “Türkel TV” MMC-nin qalib gəldiyini bəyan edib.

“Türkel TV”yə 31-ci TV yayım kanalında yayım üçün müddətsiz lisenziya verilib.

Yeni telekanal ölkə boyu yayımlanacaq və xəbər televiziyası olacaq.

Müsabiqədə “BAKU ART LAB” MMC və “MEDİA MASTER” MMC də iştirak edirdi.

Milli Televiziya və Radio Şurası bəyan edir ki, “Türkel TV” MMC digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malikdir.

Milli Televiziya və Radio Şurasının 28 dekabr iclasında gələn ildən AzTV-nin və “Mədəniyyət” kanalının Bakıda və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə də qərar qəbul edilib.

Novator.az bildirir ki, “Türkel TV” ölkədə 11-ci milli televiziya kanalı olacaq.

Hazırda bütün ölkədə yayılan 10 televiziya var: AzTV, “Mədəniyyət”, “İdman Azərbaycan”, İctimai Televiziya, ATV, “Space”, “Xəzər”, “Lider”, ARB, “CBC Sport”.

Milli Televiziya və Radio Şurası 2002-ci ildə televiziya və radio yayımı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək və bu fəaliyyəti tənzimləmək məqsədilə yaradılıb.

Şura dövlət büdcəsindən maliyyələşdirilir. Onun 9 üzvü var. Üzvləri prezident təyin edir.

Qurumun sədri postunu Nuşirəvan Məhərrəmli tutur.

Efqan Muxtarli

Əfqan Muxtarlının məhkəməsi: şahidlər nəyi bilmirl...

  • 28 Dekabr 2017
  • comments
Prezident

Prezident yeni agentliyin yaradılmasına fərman ver...

  • 28 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişir

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Yaponiya hökuməti silkələnir

GLOBALS:0

Tags

  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstanın turizm gəlirləri nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Valyuta hərraclarının yarım ili

GLOBALS:0
comments
Xəbər

Uçot dərəcəsi dəyişir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda