Dünya birjalarında neftin qiyməti artır. AZƏRTAC-ın 28 dekabr məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 68,18 dollara satılır. Bu, 2017-ci ilin ən yüksək qiymətidir.
London birjasında “Brent” markalı neftin bir barreli 66,60 dollara, Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 59,79 dollara yüksəlib.
Azərbaycanın 2017-ci il büdcəsində neftin qiyməti 40 dollar hesablanıb. Novator.az-ın məlumatına görə, “AzəriLayt” yanvara 55,97 dollarla, fevrala 56,79 dollarla, marta 56,68 dollarla, aprelə 53,62 dollarla, maya 53,04 dollarla, iyuna 51,01 dollarla, iyula 48,57 dollarla, avqusta 53,60 dollarla, sentyabra 54,55 dollarla, oktyabra 57,51 dollarla, noyabra 62,2 dollarla, dekabra 64,49 dollarla start verib.