• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Alpinistlərin axtarışı: FHN xəbərdarlıq edir

  • 28 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı açıqlama yayıb.

“Gilavar” hava və ekstrim idman klubunun üzvləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıblar.

Dekabrın 26-da FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə alpinistlərin geri qayıtmadığı və onlarla əlaqənin kəsildiyi barədə məlumat daxil olub. Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarışa helikopterlər cəlb olunub.

Dekabrın 27-də açıqlama yayan FHN bildirib ki, alpinistlərin axtarışlarının aparılması üçün könüllü dəstələrin yaradılması ilə bağlı müxtəlif çağırışlar səslənir: “Fövqəladə Hallar Nazirliyi axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını, eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edir ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir.

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyə edir. Axtarış-xilasetmə işləri barədə əlavə məlumat veriləcək”.

AZƏRTAC xəbər verir ki, dekabrın 28-də alpinistlərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və alpinistlər cəlb olunub.

Prezidentin Putinə dedikləri

  • 28 Dekabr 2017
  • comments
Baki

Bakının göstəriciləri

  • 28 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Hadisə

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda