• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Emek Nazirliyi

İşsizlikdən sığorta sistemi barədə arayış

  • 26 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlikdən sığorta sisteminin tətbiqi barədə arayış yayıb. İşəgötürənlərə müraciətdə qeyd olunur ki, 2018-ci il yanvarın 1-dən “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minir. Həmin qanunla işçilərini işsizlikdən sığorta etdirmək, əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifələrinə aid edilib.

Arayışda bildirilir:

– Məcburi dövlət sosial sığortası məqsədləri üçün Dövlət Sosial Müdafiə Fondunda uçota alınmış sığortaedənlər işsizlikdən sığorta məqsədləri üçün fondda qeydiyyata alınmış hesab edilirlər.

– Sığortaedənin məcburi dövlət sosial sığortası məqsədləri üçün verilmiş uçot nömrəsi (SUN) eyni zamanda onun işsizlikdən sığorta məqsədləri üçün fondda qeydiyyat nömrəsi hesab edilir.

– Məcburi dövlət sosial sığortası üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu aparılan sığortaolunanlar (yalnız əmək müqaviləsi ilə işləyənlər) işsizlikdən sığorta üzrə fondda qeydiyyata alınmış hesab olunurlar.

– Sığortaedənlərin hesablayıb fonda ödədiyi işsizlikdən sığorta haqları barədə məlumatlar sığortaolunanların fərdi şəxsi hesablarında nəzərə alınmır.

– İşsizlikdən sığorta haqqını hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqının 0,5 faizi miqdarında sığortaedən ödəyir.

– İşsizlikdən sığorta haqqının hesablanmasından azad olma müəyyən edilməyib.

– Hər ay üçün hesablanmış işsizlikdən sığorta haqqı əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə fonda ödənir.

– Sığortaedənlər hər rüb üçün “İşsizlikdən sığorta üzrə rüblük hesabat”ı həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda fonda məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatla birgə təqdim edirlər.

Aprelin, iyulun, oktyabrın və yanvarın 20-si iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

– İşçilərin işsizlikdən sığorta etdirilməməsinə, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunun düzgün aparılmamasına və bu barədə sığortaçıya hesabatın təqdim edilməməsinə, sığorta haqqının vaxtında köçürülməməsinə görə inzibati qaydada məsuliyyət tədbirləri nəzərdə tutulub.

İşsizlikdən sığorta üzrə hesabat forması

Nazir cəbhə xəttində

  • 26 Dekabr 2017
  • comments
Seymur Kazimov

“Ölü jurnalist material hazırlaya bilməz”

  • 26 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda