• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hansı nümayəndələr vəkil ola bilər?

  • 26 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in AktualXəbər

Vəkillər Kollegiyası pullu hüquqi xidmətlər sahəsində fərdi sahibkar qismində fəaliyyət göstərənlərin namizədliyi ilə bağlı məlumat yayıb.

Bildirilir ki, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, 2018-ci il yanvarın 1-dən qeyri-vəkillərin məhkəmələrdə təmsilçilik hüquqlarına qanunvericilik səviyyəsində məhdudiyyətlər (Prezident nümayəndəyə qadağa qanununu imzaladı) gətirilir: “Hüquq ictimaiyyəti arasında müzakirələrə səbəb olan bu dəyişikliklərin əsas məqamlarından biri də fərdi sahibkar qismində nümayəndəlik fəaliyyəti ilə məşğul olan hüquqşünasların fəaliyyətlərinin iş stajına bərabər tutulub-tutulmaması ilə bağlı idi. Məsələyə birmənalı yanaşmanın mövcud olmamasının səbəbi milli qanunvericilikdə “iş stajı” anlayışına münasibətdə vahid yanaşmanın mövcud olmaması idi. Bu cür vəziyyət hazırda ölkə üzrə fəaliyyət göstərən “nümayəndə”lərin vəkilliyə sənəd qəbulu məsələsində maneə hesab edilirdi.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti qeyd olunan anlaşılmazlığın aradan qaldırılmasının, habelə 2018-ci yanvarın 11-dək vəkilliyə sənəd qəbulunun davam etdirilməsinin zəruriliyini nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edib. Sorğuya verilmiş cavabda qeyd olunur ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir. Eyni zamanda “sosial sığorta stajı” dedikdə iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) sığorta stajına daxil edilən dövrləri kimi başa düşülür.

Beləliklə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti fərdi sahibkar qismində fəaliyyət göstərən, son üç il ərzində müntəzəm qaydada məcburi dövlət sosial sığorta haqlarını ödəyən ali təhsilli hüquqşünasları Vəkillər Kollegiyasına sənəd verməyə dəvət edir.

Bunun üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər bu sənədlərlə Vəkillər Kollegiyasının Rəyasət Heyəti nəzdində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər: Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müəyyən etdiyi formada ərizə, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, ali hüquq təhsili barədə diplomun notarial qaydada təsdiq edilmiş surəti, VÖEN-in surəti, qeydiyyatda olduqları vergi orqanından son üç ildə hüquq sahəsində fasiləsiz fəaliyyət göstərdikləri, habelə rayon və şəhər sosial müdafiə şöbələrindən isə həmin dövr üzrə tarixlər göstərilməklə ödədikləri məcburi dövlət sosial sığorta haqları barədə arayışlar, əqli cəhətdən sağlamlıq barədə tibbi arayış, 3×4 sm və 4×6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil, kadrların şəxsi məlumat vərəqəsi, tərcümeyi-hal”.

Mərkəzi hakimiyyət orqanlarının büdcədəki payı

  • 26 Dekabr 2017
  • comments

Rəhim Qazıyevə həbs cəzası verilib

  • 26 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda