• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qüds qərarı dünya əhalisini neçə yerə bölür?

  • 22 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualŞərh

Dekabrın 21-də BMT Baş Məclisində Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarını rədd edən qətnamə çıxarılıb. Səsverməyə 172 ölkənin nümayəndəsi qatılıb.

128 ölkə qətnamənin lehinə olub, 35 ölkə bitərəf qalıb.

9 ölkə sənədin əleyhinə səs verib: ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo.

21 ölkə səsvermədə iştirak etməyib.

Qətnaməyə əsasən, Qüdsün statusunun dəyişdirilməsini nəzərdə tutan istənilən qərar hüquqi qüvvəyə malik deyil, ləğv olunmalıdır. Sənəd ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil edən fəaliyyətləri tanımamağa, həmçinin Qüdsdə diplomatik missiyaların açılmasından çəkinməyə çağırır.

AZƏRTAC “Anadolu” informasiya agentliyinə istinadla bildirir ki, ABŞ-ın Qüds barədə qərarına qarşı qətnamənin lehinə səs verən 128 ölkənin əhalisinin ümumi sayı 6 milyard 187 milyona çatır: “Bu, yer üzündə yaşayan 7,5 milyard insanın 82,5 faizi deməkdir. Qətnamənin əleyhinə səs verən 8 ölkənin və ABŞ-ın əhalisinin sayı ümumilikdə təxminən 380 milyon nəfərdir, yəni dünya əhalisinin 5,1 faizini təşkil edir.

Səsvermədə iştirak etməyən 21 ölkədə 290 milyon nəfər yaşayır, bu da planet əhalisinin 3,8 faizinə bərabərdir. Bitərəf qalan 35 ölkədə isə 650 milyon insan – dünya əhalisinin 8,6 faizi yaşayır. Beləliklə, yer üzündə yaşayan hər 10 nəfərdən azı 8-i ABŞ-ın qərarına qarşıdır”.

Novator.az xatırladır ki, 1947-ci ildə BMT Fələstin torpaqlarının bölünməsinə qərar verib. Həmin qərara əsasən, ərazidə İsrail və Fələstin dövlətləri qurulmalı, Yerusəlim (Qüds) beynəlxalq nəzarətə verilməli idi.

1948-ci ildə qurulan İsrail az sonra Yerusəlimi özünün paytaxtı elan edib, BMT-nin Fələstinə ayırdığı ərazilərin yarıya qədərini tutub.

1967-ci ildə İsrail Qüdsün şərq hissəsini, eyni zamanda İordan çayının qərb sahilindəki Fələstin ərazilərini işğal edib.

1988-ci ildə Fələstin müstəqil dövlət elan olunub. Bu günədək onun müstəqilliyini 140-a yaxın ölkə, o cümlədən Azərbaycan tanıyıb.

2012-ci ildə BMT Fələstinə ərazisi işğal olunmuş müstəqil dövlət statusu verib. Bu o deməkdir ki, İsrail 1967-ci ildə tutduğu Şərqi Qüdsdən və İordan çayının qərb sahilindən çıxmalıdır.

1995-ci ildə ABŞ Konqresi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi barədə qanun qəbul edib. Amma Donald Trampdan əvvəlki prezidentlər bu qanunun icrasını təxirə salıblar.

2017-ci il dekabrın 6-da Donald Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edərək ölkəsinin səfirliyini Tel-Əvivdən həmin şəhərə köçürmək qərarı imzalayıb.

Prezident seçkisinin qrafiki

  • 22 Dekabr 2017
  • comments

Müharibə əlilləri və şəhid ailələri yeni mənzillər...

  • 22 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda