• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kataloniyada seçkini yenə separatçılar uddu

  • 22 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

İspaniyanın Kataloniya vilayətində dekabrın 21-də keçirilmiş növbədənkənar parlament seçkisinin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, bölgənin İspaniyadan ayrılmasını istəyən qüvvələr qanunverici orqanda çoxluğu götürərək hökumət qurmaq haqqı əldə ediblər.

Vilayətdə oktyabrın 1-də keçirilmiş qanunsuz referendumda bölgənin müstəqil dövlət elan olunmasına səs verilib. Bunu əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik qətnaməsi qəbul edib. Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.

Kataloniya hakimiyyətində yer almış bir çox şəxsə üsyan və qiyam təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, hakimiyyət orqanlarına tabe olmamaq, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb. Hökumətin başçısı olmuş Karles Puçdemont oktyabrın 30-dan Belçikanın paytaxtı Brüsselə sığınıb.

Novator.az-ın məlumatına görə, 21 dekabr seçkisinə qatılan blokların üçü Kataloniyanın müstəqilliyinə tərəfdardır. “Birlikdə Kataloniya uğrunda” blokunun başında Karles Puçdemont dayanır. Blok 135 yerlik parlamentə 34 mandatla keçib.

Solçu Respublikaçılar Partiyasına Kataloniya hökumətində Karles Puçdemontun müavini olmuş Oriol Junkeras rəhbərlik edir. Hazırda o, həbsdədir. 21 dekabr seçkisində partiya 32 mandat qazanıb.

İfrat solçu “Xalq birliyi” bloku da Kataloniyanın İspaniyadan ayrılmasına tərəfdardır. Bu qurum 4 mandat alıb.

Kataloniyanın İspaniyanın tərkibində qalmasını istəyən qurumlara gəlincə, Vətəndaşlar Partiyasına 37 mandat, Sosialist Partiyasına 17 mandat, Podemos Partiyasına 8 mandat, Xalq Partiyasına 3 mandat qismət olub.

Beləliklə, separatçılar yeni parlamentdə 70 mandatla, vahid İspaniya tərəfdarları 65 mandatla təmsil ediləcək.

Novator.az bildirir ki, 2015-ci il sentyabrın 27-də keçirilmiş parlament seçkisində bölgənin İspaniyadan ayrılmasının tərəfdarı olanlar 72, əks mövqedə dayananlar 63 mandat almışdı.

BMT ABŞ və İsrailə qarşı

  • 22 Dekabr 2017
  • comments

Rubl və başqaları…

  • 22 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda