• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putinin postuna neçə nəfər iddia edir?

  • 21 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Rusiyanın Mərkəzi Seçki Komissiyası prezident seçkisinə qatılmaq istəyən 34 nəfərdən müraciət alıb. Novator.az-ın məlumatına görə, dekabrın 21-də bəyan olunub ki, iddiaçıların 18-i seçkiyə müstəqil namizəd kimi, 16-sı siyasi partiyadan qatılır.

Prezident seçkisi 2018-ci il martın 18-də keçiriləcək. Kampaniya dekabrın 18-də start götürüb.

Müstəqil namizədlər mərkəzi seçki qurumuna 2018-ci il yanvarın 7-nə, partiya namizədləri yanvarın 12-nə kimi müraciət edə bilərlər. Qeydiyyat üçün müstəqil namizəd 300 min, partiyalı namizədlər 100 min imza toplamalıdır. Parlamentdə təmsil olunan partiyanın namizədi imza toplamaqdan azaddır.

Rusiya prezidenti Vladimir Putin seçkidə müstəqil namizəd olacaq. Ötən prezident seçkisində Vladimir Putin hakim Vahid Rusiya Partiyasından namizəd idi. Partiyaya baş nazir Dmitri Medvedyev sədrlik edir.

Vladimir Putin 1952-ci il oktyabrın 7-də doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.

Alma və pomidorun yeni faydaları üzə çıxıb

  • 21 Dekabr 2017
  • comments

“İnterfaks-Azərbaycan”ın baş direktoru vəfat edib

  • 21 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda