• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Azərbaycan Ordusu hücum tapşırığını yerinə yetirməyə qadirdir”

  • 21 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb. Mərasim dekabrın 20-si Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində olub.

Mod.gov.az-ın məlumatına görə, mərasimdə qeyd edilib ki, irimiqyaslı taktiki təlimlər, komanda-qərargah hərbi oyunları Azərbaycan Ordusunun quruda, dənizdə və havada, istənilən iqlim şəraitində qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə hər an hazır olduğunu göstərir.

Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələr, qoşun növləri və xidmətlər üzrə “Ən yaxşı tabor (divizion) komandiri” adı uğrunda yarışlar yüksək səviyyədə keçirilib. Bu yarışlarda əsasən tabor (divizion) komandirlərinin öz ixtisasları üzrə nəzəri biliklərinin, praktiki bacarıq və vərdişlərinin, fiziki hazırlıqlarının, eləcə də döyüşü idarəetmədə, şəxsi heyətlə işləməkdə səriştə və qabiliyyətinin yoxlanmasına xüsusi diqqət yetirilib.

Tədbirdə bildirilib ki, hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də praktiki vərdişləri yoxlanıb. Eyni zamanda zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələrinin idarəetmə bacarıqları da qiymətləndirilib.

Diqqətə çatdırılıb ki, yarışlar motoatıcı, tank, kəşfiyyat, mühəndis, xüsusi təyinatlı, rabitə və maddi-texniki təminat taborları, raket, artilleriya, zenit-raket, gəmi divizionları və eskadrilya komandirləri arasında keçirilib.

20 dekabr mərasimində çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov deyib ki, ordu son illər daha da möhkəmlənib, mütəşəkkil hərbi qüvvəyə çevrilib: “Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir. Ötən il aprel döyüşləri zamanı Azərbaycan Ordusu nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Aprel döyüşlərində qazandığımız qələbə xalqımızın birliyinin, həmrəyliyinin, vətənpərvərliyinin, Azərbaycan Ordusunun güc və qüdrətinin qələbəsi kimi tarixə düşdü”.

Bakıda beynəlxalq konfrans

  • 21 Dekabr 2017
  • comments

Valyutaların 21 dekabr qiyməti

  • 21 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda