• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əvəz Zeynallı cərimələndi

  • 20 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Jurnalist, Siyasi Məhbusları Müdafiə Mərkəzinin üzvü Əvəz Zeynallı 200 manat cərimə edilib.

Novator.az-ın məlumatına görə, qərar dekabrın 20-də Binəqədi Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsinə əsasən çıxarılıb.

Azadliq.info bildirir ki, proses qapalı keçirilib. Vəkil Elçin Sadıqov, Əvəz Zeynallının qohumları, ailə üzvləri, o cümlədən xanımı məhkəmə zalına buraxılmayıb.

Əvəz Zeynallını dekabrın 19-da Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları saxlamışdı. Cərimə qərarı çıxarılandan sonra o, məhkəmə zalından sərbəst buraxılıb.

Jurnalistin xanımı Məlahət Zeynallı dekabrın 19-da yaydığı məlumatda bildirmişdi ki, Əvəz Zeynallı uzun müddətdir Binəqədi polisinin yollarda yaratdığı məhdudiyyətlərlə bağlı sosial şəbəkədə tənqidi videolar yayır. Məlahət Zeynallının bildirdiyinə görə, Əvəz Zeynallı dekabrın 19-da yolda növbəti çəkilişi aparmaq istəyəndə polislərlə onun arasında mübahisə yaranıb və həmin mübahisə jurnalistin saxlanmasına səbəb olub.

Əvəz Zeynallı 1969-cu ildə doğulub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb. 2011-ci il sentyabrın 20-dək həftədə bir dəfə çıxan “Xural” qəzeti həmin gündən həftədə yeddi dəfəyə keçib. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də isə Əvəz Zeynallı həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Hökumətin 7 üzvü istefaya göndərildi

  • 20 Dekabr 2017
  • comments

Naxçıvan ziyarəti

  • 21 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda