• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Üçtərəfli görüşdə nədən söhbət gedib?

  • 20 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dekabrın 20-si Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib. Nazirlər Elmar Məmmədyarov, Məhəmmədcavad Zərif və Mövlud Çavuşoğlu görüşdən sonra birgə mətbuat konfransında açıqlamalar veriblər.

Elmar Məmmədyarov qeyd edib ki, görüşdə bu formatda əməkdaşlığı genişləndirmək, enerji, nəqliyyat, turizm və digər sahələrdəki potensialdan daha geniş istifadə etmək razılığına gəlinib.

Nazir görüşdə Fələstin məsələsi ilə də bağlı müzakirələrin aparıldığını deyib. O bildirib ki, Azərbaycan bu məsələ ilə əlaqədar BMT Baş Assambleyasına çıxarılan sənədin lehinə səs verəcək: “Azərbaycanın Qüdslə bağlı mövqeyini prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısında səsləndirib. Biz bu mövqedə qalırıq”.

Enerji sahəsində əməkdaşlığa toxunan nazir vurğulayıb ki, gələn il TANAP boru kəməri istifadəyə veriləcək: “Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq gündən-günə artır. Bundan əlavə üç ölkə arasında elektrik enerjisi mübadiləsi genişləndirilir. Türkiyədə keçiriləcək növbəti görüşümüzə özəl sektordan, o cümlədən iqtisadi sektordan nümayəndələr dəvət edib əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edəcəyik”.

Məhəmmədcavad Zərif deyib ki, üçtərəfli görüş formatı həm Azərbaycan, İran və Türkiyə, həm də region üçün olduqca faydalıdır: “Hər üç ölkə geniş əlaqələrə, birgə tarixi ənənələrə malikdir. Beşinci üçtərəfli görüşdə ölkələrimiz arasında tranzit, enerji və turizm sahələrində məsələlər müzakirə edildi, özəl sektorda fəaliyyətin artırılması ilə bağlı razılıq əldə olundu”.

Mövlud Çavuşoğlu qeyd edib ki, Azərbaycan, Türkiyə və İran arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb: “Üçtərəfli görüşün faydasını daha da artırmaq üçün bu formatın genişləndirilməsi nəzərdə tutulur. İran tərəfinin təklifi nəzərə alınaraq növbəti görüş Türkiyədə keçiriləcək”.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir deyib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycan üçün məqbul həll yolunu dəstəkləyir: “Ermənistan günahkardır və bunu etiraf etmək istəmir. Türkiyənin Ermənistanla əlaqələrinin bərpa olunması üçün əvvəlcə Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Ermənistan qonşu dövlətlərə qarşı münasibətinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir”.

Xəbəri AZƏRTAC  yayıb.

Ekologiya-Nazirliyi

Ekoloji pozuntular, cəzalar

  • 20 Dekabr 2017
  • comments

Payızlıq bitkilərin səpini: hesabat

  • 20 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda