• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ədliyyə Nazirliyindəki yeni xidmətə rəis təyin olunub

  • 20 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ədliyyə Nazirliyində yeni yaradılmış quruma – Probasiya Xidmətinə rəis təyin olunub. Məlumatı Oxu.az yayıb.

Məlumata görə, Probasiya Xidmətinin rəisi postunu Aqşin Ziyadov tutub.

Aqşin Ziyadov buna qədər Nizami rayon prokuroru vəzifəsində çalışıb.

Novator.az xatırladır ki, bu il fevralın 10-da prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyində yeni qurum – Probasiya Xidməti yaradılıb.

Probasiya nəzarəti azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə ictimai işlər növündə, Azərbaycanın hüdudlarından kənara məcburi çıxarma növündə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəza çəkən şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.

Probasiya nəzarəti bu şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış şəxslər; alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər.

Amerika-İsveç modeli davam edəcək

  • 20 Dekabr 2017
  • comments

Bakı bəyannaməsindən

  • 20 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Xərcin yarıdan çoxu ərzağa gedir

GLOBALS:0
comments
Xəbər

ÜDM-in illəri

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Rusiya veteran tapdağında? – “Röyter”

GLOBALS:0
comments
Xəbər

Makroiqtisadi göstəricilər

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Xərcin yarıdan çoxu ərzağa gedir

Son materiallar

comments
Xəbər

Xərcin yarıdan çoxu ərzağa gedir

GLOBALS:0
comments
Xəbər

ÜDM-in illəri

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Rusiya veteran tapdağında? – “Röyter”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda