• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakı bəyannaməsindən

  • 20 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Azərbaycan, İran, Türkiyə xarici işlər nazirlərinin dekabrın 20-si Bakıda keçirilmiş beşinci üçtərəfli görüşündə qəbul olunan bəyannamə yayılıb. Mfa.gov.az-ın məlumatına görə, sənəddə deyilir: “Nazirlər bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş bəyannamələrdəki öhdəliklərini vurğulayıblar. Regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, dini və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq ediblər. İqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini xüsusi qeyd ediblər”.

Bəyannaməyə görə, nazirlər regionda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlarını xüsusi vurğulayıblar və bu kontekstdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini qeyd ediblər. Bu xüsusda Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyi bir daha vurğulanıb.

Üçtərəfli görüşün iştirakçıları iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi, sərmayə və ticarətin təşviqi naminə mövcud potensialdan istifadə, o cümlədən enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstək verilməsinə razılaşıblar.

Bəyannamədə beynəlxalq tranzit dəhlizləri və coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialının artırılması, eləcə də beynəlxalq tranzit sisteminə inteqrasiya etmək üçün əhəmiyyətli addımların atılması vurğulanır, nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması naminə yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunur.

Nazirlər etnik, irqi, dini və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarını pisləyərək müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülüyün tərbiyə edilməsi, hörmət, dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.

Sənəddə terrorizm, separatizm və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunur.

Ədliyyə Nazirliyindəki yeni xidmətə rəis təyin olu...

  • 20 Dekabr 2017
  • comments
Eli Eliyevin mezari

Əli Əliyevin ölüm işi: prokuror cəza istəyib

  • 20 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda