• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müdafiə sənayesi naziri hesabat verib

  • 18 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Müdafiə və xüsusi təyinatlı məmulatların istehsalı 6,5 faiz artıb. Bunu dekabrın 17-də Bakıdakı “Radioquraşdırma” zavodunda çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Novator.az-ın məlumatına görə, nazir qeyd edib ki, 2017-ci ildə 2 istehsalat müəssisəsi istifadəyə verilib: “Yaxın zamanlarda daha 2 zavodun – artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması, mexaniki emalı və həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışları nəzərdə tutulur. Döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr – piroksilin, ballistit barıtların, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də, müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri də davam etdirilir”.

Yavər Camalovun sözlərinə görə, 2017-ci ildə Müdafiə Nazirliyi və digər güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb: “Müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmində 6,5 faiz artım əldə olunub. Bu artım ixrac əməliyyatları hesabınadır. İstehsal olunan ümumi məhsulun tərkibində həmin məmulatların payı 91,5 faiz təşkil edir.

Yeni nəsil silah növlərinin istehsalı ilə bağlı tapşırıqların icrası istiqamətində işlər davam etdirilib. Həmin layihələr sırasında yeni nəsil təsir gücü artırılmış qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşınını və digərlərini göstərmək olar.

Nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilir. 4 məmulat üzrə – xüsusi təyinatlı ”Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 millimetrlik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılıb və seriyalı istehsalı təşkil olunub. Eyni zamanda xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşıb və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Bununla yanaşı QP-25 tipli əl qumbaraatanının, müxtəlif tipli avtomatların ilkin sınaqları keçirilib, kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif millimetrlik uzaq mənzilli minaatanların, müxtəlif millimetrlik atəş yığımları üçün partladıcıların sınaqlarına başlanıb. Yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilib”.

Məzənnə yenilikləri

  • 18 Dekabr 2017
  • comments

Sabiq prezident kürsüsünə qayıtdı

  • 18 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda