• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Qiyas İbrahimov_Hesen İbrahimov

İbrahimovlara hökm oxundu

  • 18 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Dekabrın 18-də Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun işi üzrə hökm oxunub.

Hakim Hüseyn Səfərovun çıxardığı hökmə əsasən, hazırda həbsdə olan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb. Həsən İbrahimov isə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib. Həmin müddətdə onun aylıq qazancının 20 faizi tutulacaq.

Məhkəmə Qiyas və Həsən İbrahimovları Cinayət Məcəlləsinin 289.2-ci (məhkəməyə hörmətsizlik) maddəsi ilə təqsirli bilib.

Dekabrın 15-də dövlət ittihamçısı İbrahimovların hər birinə 6 ay həbs verilməsini təklif etmişdi.

Gənc fəal Qiyas İbrahimov 2016-cı il mayın 10-dan həbsdədir. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib.

Müdafiəçiləri Qiyas İbrahimovun və onunla birgə tutularaq eyni ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bayram Məmmədovun həbsini siyasi sifariş sayırlar. Onlar bildirirlər ki, 2016-cı il mayın 10-na keçən gecə Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

Həbsdə olduğu vaxt Qiyas İbrahimova, eyni zamanda atası Həsən İbrahimova məhkəməyə hörmətsizlik ittihamı ilə cinayət işinin açılmasına səbəb iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş hadisədir. Həmin gün məhkəmə Qiyas İbrahimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayəti təmin etmədikdə işə baxan hakimlərlə gənc fəal və onun atası arasında insident baş verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri məhbusun və onun atasının məhkəmə zalında işlətdiyi ifadələri məhkəməyə hörmətsizlik kimi qiymətləndirərək Ədliyyə Nazirliyinə təqdimat veriblər. Nazirliyin İstintaq İdarəsində Qiyas və Həsən İbrahimovlara cinayət işi başlanıb. İbtidai istintaq oktyabrda yekunlaşıb. İşə Yasamal Rayon Məhkəməsində həmin ayın 31-dən baxılırdı.

11-ci milli televiziya üçün 3 sənəd verilib 

  • 18 Dekabr 2017
  • comments
Aynur Mesimova

Eşq və xəyanət (9)

  • 18 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda