• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Qiyas İbrahimov_Hesen İbrahimov

Qiyas və Həsən İbrahimovların işi: prokuror cəza təklifini açıqlayıb

  • 15 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dekabrın 15-də Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun işi üzrə növbəti proses keçirilib.

“Report”un məlumatına görə, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 6 ay həbs verilməsini təklif edib.

İstintaq Qiyas və Həsən İbrahimovları Cinayət Məcəlləsinin 289.2-ci (məhkəməyə hörmətsizlik) maddəsi ilə təqsirli bilir.

Yasamal Rayon Məhkəməsində işə hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılır. Hökmün dekabrın 18-də elan ediləcəyi gözlənir.

Prokurorun təklifi qəbul olunsa, Qiyas İbrahimovun cəzası 6 ay artacaq.

Gənc fəal Qiyas İbrahimov 2016-cı il mayın 10-dan həbsdədir. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib.

Müdafiəçiləri Qiyas İbrahimovun və onunla birgə tutularaq eyni ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bayram Məmmədovun həbsini siyasi sifariş sayırlar. Onlar bildirirlər ki, 2016-cı il mayın 10-na keçən gecə Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

Həbsdə olduğu vaxt Qiyas İbrahimova, eyni zamanda atası Həsən İbrahimova məhkəməyə hörmətsizlik ittihamı ilə cinayət işinin açılmasına səbəb iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş hadisədir. Həmin gün məhkəmə Qiyas İbrahimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayəti təmin etmədikdə işə baxan hakimlərlə gənc fəal və onun atası arasında insident baş verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri məhbusun və onun atasının məhkəmə zalında işlətdiyi ifadələri məhkəməyə hörmətsizlik kimi qiymətləndirərək Ədliyyə Nazirliyinə təqdimat veriblər. Nazirliyin İstintaq İdarəsində Qiyas və Həsən İbrahimovlara cinayət işi başlanıb. İbtidai istintaq oktyabrda yekunlaşıb. İşə Yasamal Rayon Məhkəməsində həmin ayın 31-dən baxılır.

Cinayət Məcəlləsinin 289.2-ci maddəsinə əsasən, hakimi təhqir etməklə məhkəməyə hörmətsizlik etmə 300 manatdan 500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Goranboylu sahibkarlar güzəştli kreditlər aldı

  • 15 Dekabr 2017
  • comments

Prezident: “Maliyyə vəziyyətimiz çox sabitdir”

  • 15 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda