Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində məhbus bloqçu Mehman Hüseynovun işi üzrə yeni proses başa çatıb. Report.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən son iclasda əvvəlki qərarın qüvvədə qalması hökm edilib.
Mehman Hüseynov bu il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.
Aprelin 12-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxladıqdan sonra Ali Məhkəməyə şikayət verilib. Sentyabrın 29-da Ali Məhkəmə əvvəlki instansiyanın qərarını ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdı.
Mehman Hüseynov yoxa çıxıb
Mehman Hüseynovun məhkəməsi: qərar verildi
Nazirlik bloqçudan şikayətçidir
Mehman Hüseynovdan iltizam alındı
Mehman Hüseynov azadlıqdan məhrum edildi
Mehman Hüseynov həbsdə qaldı
Mehman Hüseynovun şikayətinə Ali Məhkəmədə baxılacaq
Mehman işi aşağı məhkəməyə qaytarıldı