• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşğal olunmuş dövlətlərə dəstək sənədi

  • 15 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Avropa Parlamenti dekabrın 12-də Avropa İttifaqının “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” qəbul edib. Böyük səs çoxluğu ilə (408 lehinə, 132 əleyhinə) rəsmiləşən sənədin 20-ci bəndində Ukraynadakı müharibə misal gətirilərək ilk dəfə olaraq bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə öhdəlik ifadə edilir. Həmçinin hesabatda suverenlik, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə bütün Avropa İttifaqı dövlətlərinin hörmət etdiyi qeyd olunur.

Novator.az bildirir ki, 1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.

Avropa İttifaqının 2009-cu ildə elan olunmuş Şərq Tərəfdaşlığı proqramı Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanı əhatə edir. Bu ölkələrin 4-ü işğala məruz qalıb.

Azərbaycanın özünü müstəqil dövlət elan etmiş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon 1990-cı illərin əvvəlindən Ermənistanın işğalı altındadır.

Gürcüstanın Abxaziya, Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı hərbi təcavüzlə işğal edərək onları “müstəqil dövlət” kimi tanıyıb.

Moldovanın Dnestryanı bölgəsi 1990-cı illərin əvvəllərində ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.

Ukrayna torpaqlarını isə 2014-cü ilin fevralında Rusiya işğal edib. Krım Muxtar Respublikası və Sevastopol şəhəri Rusiya Federasiyasına birləşdirilib, Donbas bölgəsində isə Moskvadan dəstək alan iki separatçı rejim qurulub.

Noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş birgə bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənib. Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Bu strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilib.

Birgə bəyannamənin digər bəndində Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması vurğulanıb.

52 min nikah, 12 min boşanma

  • 15 Dekabr 2017
  • comments

Sumqayıt səfəri

  • 15 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda