• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Borc cəzaları təsdiqlənib

  • 15 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanunlar prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlarla rəsmiləşib. Novator.az bildirir ki, Cinayət Məcəlləsinə əlavə edilən yeni maddə daxili və xarici borcalma qaydasını pozmağa görə məsuliyyət müəyyənləşdirir. Dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının (Maliyyə Nazirliyi) razılığını almadan daxili və ya xarici borcalması dövlətə xeyli miqdarda ziyan vurduqda üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın bir mislindən üç mislinədək miqdarında cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər dövlətə külli miqdarda ziyan vurduqda üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilir.

İnzibati Xətalar Məcəlləsində yeniliyə əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almadan daxili və ya xarici borcalmasına görə vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Eyni əməllər dövlətə az miqdarda ziyan vurduqda vəzifəli şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimələnir.

Dövlətə məxsus olan hüquqi şəxslər dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur.

Yeni təhsil proqramı

  • 15 Dekabr 2017
  • comments

Təzələnmiş rüsumlar

  • 15 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda