• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arif Hacılını nəyə çağırmışdılar?

  • 15 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Dekabrın 15-də Müsavat Partiyasının başqanı Arif Hacılı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub.

Bastainfo.com-un məlumatına görə, idarədən çıxandan sonra mediaya açıqlamasında Arif Hacılı deyib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasına səbəb son zamanlar Müsavatın mərkəzi qərargahında keçirilmiş tədbirlər, eyni zamanda Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılacaq partiyanın təsis qurultayının Müsavat qərargahında keçirilməsi planıdır.

REAL-çılar təsis qurultayını oktyabr ayından bəri Bakı meriyasının, başqa dövlət təşkilatlarının və özəl qurumların yer ayırmaması səbəbindən bir neçə dəfə təxirə salıblar. Sonda qurultayı dekabrın 17-də Müsavatın qərargahında keçirmək qərara alınıb.

Dekabrın 14-ü Əmlak Məsələləri Dövlət Komitəsi Müsavata məktub göndərərək partiyaya müqavilə əsasında icarəyə götürdüyü qərargahla bağlı xəbərdarlıq edib. Məktubda söhbət əmlakın “icarəyə verənin razılığı olmadan icarəçi tərəfindən 2-ci əldən (subicarəyə) və ya hər hansı məqsədlə istifadəyə verilməsindən” gedir və bu halda müqaviləyə xitam veriləcəyi qeyd edilir.

Müsavat rəhbərliyi deyir ki, bu xəbərdarlıqda məqsəd REAL-çıların qurultayının Müsavatda keçirilməsinə mane olmaqdır.

Müsavat başqanı Əmlak Məsələləri Dövlət Komitəsinin xəbərdarlığını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasını hakimiyyətin müxalifətə qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirir.

Prezident: “Maliyyə vəziyyətimiz çox sabitdir”

  • 15 Dekabr 2017
  • comments

“Kanal 13”ün direktoruna 6 il iş kəsildi

  • 15 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda