• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İkili vətəndaşlıqla iki ölkənin vətəndaşlığının fərqi nədir?

  • 14 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetŞərh

Azərbaycan vətəndaşı hansı hallarda eyni zamanda başqa ölkənin vətəndaşı ola bilər? Novator.az bu sual ətrafında kiçik araşdırma aparıb.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna görə, vətəndaşın ikili vətəndaşlığı olduqda (yəni Azərbaycan vətəndaşı eyni vaxtda digər dövlətin vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti tanınmır. Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya ölkə konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisnadır.

Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi prezidentə Milli Məclisin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll etmək səlahiyyəti verir.

Hüquqşünas Sahib Məmmədov Novator.az-a açıqlamasında öncə ikili vətəndaşlıq və iki ölkənin vətəndaşı anlayışlarının fərqini diqqətə çatdırıb: “Azərbaycan dövləti, konstitusiyaya görə, ikili vətəndaşlığı qəbul etmir. Başqa ölkənin vətəndaşı olan şəxs həm də Azərbaycan vətəndaşıdırsa, biz onu öz vətəndaşımız kimi tanıyırıq. İkili vətəndaşlıq yalnız ölkələrin konstitusiyası imkan verdikdə xüsusi müqavilə əsasında mümkündür. Məsələn, Moldova və Rumıniya arasında müqaviləyə görə, bu iki ölkənin vətəndaşları qarşılıqlı sürətdə bir-birinin vətəndaşı ola bilir.

Bizim qanunvericilikdə ikili vətəndaşlıqla iki ölkənin vətəndaşı anlayışları qarışıq salınıb. Bir şəxs iki-üç ölkənin vətəndaşı ola bilər. Bu, ikili vətəndaşlıq anlamına gəlmir, iki-üç ölkənin vətəndaşı olmaq deməkdir”.

Qanuna görə, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Əks halda həmin şəxs cinayət məsuliyyəti daşıyır. Hüquqşünas qeyd edir ki, digər ölkənin vətəndaşlığını qəbul edən şəxs müəyyən olunmuş müddətdə Azərbaycanın müvafiq hakimiyyət orqanlarına məlumat vermədikdə dövlətin həmin şəxsin vətəndaşlığına xitam verməyə hüququ çatır: “Amma vətəndaşlığa xitam verilməyə də bilər. Sadəcə, dövlət onu yalnız Azərbaycan vətəndaşı kimi tanıyacaq. Konstitusiyamıza görə, şəxs eyni zamanda digər ölkənin vətəndaşı olsa belə, dövlət onu yalnız Azərbaycan vətəndaşı kimi tanıyır. Yəni başqa ölkənin də vətəndaşı olan şəxs Azərbaycanda cinayət törətdikdə, mühakimə edildikdə diplomatik nümayəndəlik “O mənim vətəndaşımdır” deyə bilməz. Çünki Azərbaycan Konstitusiyası buna imkan vermir. Konstitusiyaya əsasən, həmin şəxsin yalnız Azərbaycan vətəndaşlığı tanınmalıdır”.

Putin seçkiyə partiyasız gedir

  • 14 Dekabr 2017
  • comments

Nazir kollegiyada hesabat verib

  • 14 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda