• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Gozel Bayramli

Gözəl Bayramlı ilə bağlı bəyanat araşdırılacaq

  • 14 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Qazax Rayon Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının məhkəməsi olub. “Azadlıq” radiosu bildirir ki, dekabrın 13-də keçirilən prosesdə Gözəl Bayramlı təqsiri olmadığını deyərək şahidlər dindiriləndən sonra ifadə verəcəyini bəyan edib.

Vəkil Elçin Sadıqov vəsatət qaldıraraq deyib ki, hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti yaydığı bəyanatda Gözəl Bayramlının təqsirsizlik prezumpsiyası hüququnu pozub. O, bəyanatın cinayət işinin materiallarına əlavə edilməsini və sənədlərin tədqiqi mərhələsində araşdırılmasını istəyib. Vəsatət təmin olunub.

Məhkəmədə gömrük-keçid məntəqəsinin əməkdaşları Anar Hüseynəliyev, Elmar Yusifov, Şəmkir Sərhəd Dəstəsinin təhqiqatçısı Allahverdi Məmmədov və Almaz Rəhimova, Aidə Əhmədova, Atlas Əmirxanova adlı qadınlar şahid qismində dindirilib.

Proses dekabrın 26-da davam edəcək.

Gözəl Bayramlı Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə qaçaqmalçılıqda ittiham olunur. Ona qarşı cinayət işi Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində başlanıb. Sonradan istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

Gözəl Bayramlı mayın 25-i axşam Gürcüstandan Azərbaycana gələrkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində saxlanıb. Rəsmi məlumata görə, onun üstündən bəyan edilməmiş 12 min ABŞ dolları çıxıb.

Mayın 26-da Gözəl Bayramlı Bakıya gətirilib, mayın 27-nə keçən gecə Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Gözəl Bayramlı saxlanıb

Gözəl Bayramlıya qaçaqmalçılıq maddəsi ilə cinayət işi başlanıb

Gözəl Bayramlı: 3 aylıq həbs, evində axtarış

Şikayətlər verilib

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun Gözəl Bayramlı haqda məlumatı

Vəkil: “Gözəl Bayramlının problemləri daha da ciddiləşib”

Gözəl Bayramlının həbs müdddəti uzadılıb

Gözəl Bayramlının həbs müddəti uzadıldı

Gözəl Bayramlının işi üzrə ibtidai istintaq yekunlaşdı

Gözəl Bayramlının məhkəməsi başlanır

İki milli çempionatda yenilik var

  • 14 Dekabr 2017
  • comments

Elman Fəttah istefa veribmiş

  • 14 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda