• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Efqan Muxtarli

Əfqan Muxtarlı qəfəsdə, jurnalistlər qapı ağzında, şahidlər dinləmədə

  • 14 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dekabrın 14-ü Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə proses başlayıb. Azadliq.info-nun məlumatına görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Vəkillər Nemət Kərimov və Elçin Sadıqov vəsatət qaldıraraq bildiriblər ki, qanuna görə, şahidlər bir-birindən xəbərsiz dindirilməlidir, məhkəmədə isə bu tələb pozulub. Şahidlər dindirilən zaman məhkəmə zalının qapısının açıq olduğunu və çöldəki şahidlərin ifadə verənin dediklərini eşitdiyini iddia edən vəkillər sonradan ifadə verən şahidlərin ifadələrini nəzərə almamağı istəyiblər. Məhkəmə yalnız bir şahidin ifadəsinin ləğvi ilə bağlı vəsatəti təmin edib.

Vəkillər noyabrın 30-da keçirilmiş hazırlıq iclasında Əfqan Muxtarlının dəmir qəfəsdən çıxarılıb yanlarında oturdulması haqqında vəsatətin təmin edildiyini xatırlatsalar da, hakim bunun yalnız həmin günə şamil olunduğunu bildirib və jurnalist müdafiəçilərin yanına buraxılmayıb.

Daha sonra vəkil Nemət Kərimli məhkəmə zalında polis əməkdaşlarının iştirakına etiraz edib, açıq məhkəmə prosesinin polis nəzarəti altında aparılmamasını, onların zaldan çıxarılmasını istəsə də, hakim buna razılaşmayıb.

Azadliq.org-un məlumatına görə, digər vəkil Elçin Sadıqov məhkəməyə teleqram vasitəsilə göndərdiyi vəsatətin təmin olunmasını istəyib. Vəsatətdə vəkil Əfqan Muxtarlının həbsindən dərhal sonra Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun onun haqqında yaydığı bəyanatda jurnalistin təqsirsizlik prezumpsiyası hüququnun pozduğunu iddia edib, sənədin iş materiallarına əlavə olunmasını və sənədlərin tədqiqi mərhələsində araşdırılmasını istəyib.

Məhkəmədə Əfqan Muxtarlı və müdafiəçiləri jurnalistlərin prosesə buraxılmamasına da etiraz edib.

Proses dekabrın 28-də davam edəcək.

Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. İbtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

İbtidai istintaq müddətində Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasında saxlanıb, məhkəmə ərəfəsində Şəki İstintaq Təcridxanasına köçürülüb.

Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Müdafiəçiləri və ailə üzvləri də bunu təsdiqləyirlər. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.

Mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.

Əfqan Muxtarlının işi: nə baş verir?

Əfqan məsələsi: Azərbaycan və Gürcüstanın hüquq mühafizə orqanlarından açıqlamalar

Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçildi

Əfqan Muxtarlı ilə bağlı rəsmi məlumat

Gürcü nazir azərbaycanlı jurnalistdən danışıb: “Detallar aşkara çıxarılacaq”

Bakıda məhkəmə, Gürcüstan parlamentində aksiya

Avropa Parlamenti Azərbaycana nə tələblər qoyub?

“Sərhədsiz reportyorlar” həbsdəki jurnalistləri azadlığa buraxmağa çağırır

Əfqan Muxtarlının işi: Gürcüstanda diqqət artır

Əfqan Muxtarlının işi: görüntülər görünmür

Əfqanın yeni məhkəməsi. Jurnalistin səhhəti pisləşib

Müddət bitməmiş davamı gəldi

Əfqan Muxtarlının işi: şikayətlərə baxılıb

Əfqan Muxtarlı hakimə nə deyib?

Əfqan 110 manat 95 qəpik ödəyəcək

Jurnalist 30 kilo arıqlayıb

Əfqan Muxtarlının Gürcüstana müraciəti

Əfqan Muxtarlının ailəsi Gürcüstanı tərk etdi

Əfqan Muxtarlı qaçmaq fikrində olmadığını desə də…

Əfqan Muxtarlının layiq görüldüyü mükafat xanımına təqdim olunub

Əfqan Muxtarlının işi: ibtidai istintaq başa çatdı

Əfqan Muxtarlının məhkəməsinin vaxtı məlum olub

Əfqan Muxtarlının məhkəməsi: bircə vəsatət təmin olunub

Noyabrın miqrasiya pozuntuları

  • 14 Dekabr 2017
  • comments

Yalçın Qocayevin ölüm işi: hökm oxundu

  • 14 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda