• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Elman Fəttah istefa veribmiş

  • 14 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Elman Fəttah Müsavat başqanının müavini vəzifəsindən istefa veribmiş.

O, istefaya bir ay qabaq getsə də, bu haqda məlumat yeni yayılıb. Məlumatı dekabrın 13-də Meydan.tv əldə edib.

Elman Fəttah xəbəri təsdiqləyib, bir ay öncə istefa verdiyini, eyni zamanda istefasından başqa siyasi mənalar çıxarılmasının əleyhinə olduğunu deyib. O qeyd edib ki, Müsavat Divanının üzvü olaraq qalır, başqan müavini postundan isə “idarəetmədəki fikir ayrılıqlarına görə” istefa verib.

Elman Fəttah siyasi məsələlər üzrə müavin olub.

Dekabrın 12-də Müsavat başqanı Arif Hacılı Razim Əmiraslanlını başqan müavini təyin edib. Bu haqda xəbəri həmin gün Bastainfo.com partiyanın mətbuat xidmətinə istinadla yayıb. Ancaq Meydan.tv qeyd edir ki, mətbuat xidməti Razim Əmiraslanlının hansı məsələlər üzrə müavin təyin olunduğunu açıqlamayıb.

Meydan.tv-nin partiya üzvlərindən əldə etdiyi məlumata görə, Razim Əmiraslanlı siyasi məsələlər üzrə müavin postunu tutub.

Müsavat başqanı Arif Hacılı isə Razim Əmiraslanlının Elman Fəttahın yerinə təyin olunmadığını deyib. O eləcə bildirib: “Müsavatda boş müavin yerləri var, vəssalam”.

Razim Əmiraslanlı 1965-ci ildə Cəbrayıl rayonunda anadan olub. İxtisasca hüquqşünasdır. 2000-ci ildən Müsavat Partiyasının üzvüdür. 2011-2015-ci illərdə Müsavatın Səbail rayon təşkilatının sədri olub. 2013-cü ildən partiyanın təşkilat şöbəsinin müdiri, 2014-cü ildən Müsavat Divanının üzvüdür.

Elman Fəttah 1974-cü ildə Şəkidə doğulub. 1992-1999-cu illərdə hərbi xidmətdə olub. 1992-1994-cü illərdə Qarabağda döyüşlərdə iştirak edib, iki dəfə yaralanıb. Qarabağ müharibəsi veteranıdır. Beynəlxalq münasibətlər üzrə ali təhsil alıb. 1999-2013-cü illərdə müxtəlif şirkətlərdə hüquqşünas kimi çalışıb. 2000-ci ildən Müsavat Partiyasının üzvü, 2014-cü ildən Divan üzvüdür. Başqan müavini postunu 2014-cü ildən tuturdu.

Gozel Bayramli

Gözəl Bayramlı ilə bağlı bəyanat araşdırılacaq

  • 14 Dekabr 2017
  • comments

Müsavatçılar 6 şəhərdə aksiyalar keçirmək qərarına...

  • 14 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda