2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63 milyard 71,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17 faizi digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib.
İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft bölməsində isə 5,1 faiz azalıb.
2016-cı ilin yanvar-noyabr aylarında ölkədə 54 milyard 433,1 milyon manatlıq ÜDM istehsal olunmuşdu. Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manat idi.