• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

REAL-ın dəvətnaməsində kim var?

  • 13 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılan partiyanın təsis qurultayına yerli təşkilatlardan heç kim dəvət olunmayıb. Bunu dekabrın 13-də Novator.az-a açıqlamasında REAL-ın liderlərindən olan Azər Qasımlı deyib.

Azər Qasımlı qeyd edib ki, qurultaya yalnız xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri dəvət alıb. Belə ki, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Norveç, İsveç, Hollandiya, Belçika və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə, eləcə də Avropa İttifaqı və Avropa Şurasının Bakıdakı nümayəndəliklərinə dəvət göndərilib.

Qurultay dekabrın 17-si Müsavat Partiyasının mərkəzi qərargahında keçiriləcək. 2008-ci ildən fəaliyyət göstərən REAL Hərəkatında partiya quruculuğu üzrə təşkilat komitəsi ötən il elan olunub.

Nizamnamə layihəsinə əsasən, Respublikaçı Alternativ Partiyasının qısa adı REAL Partiyadır. Partiyanın ali orqanı qurultaydır. 4 ildən bir çağırılan qurultaylar arasında ali orqan Məclisdir. Məclis partiyanın sədrini və İdarə Heyəti üzvlərini seçir.

Partiyanın cari fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir.

REAL-ın lideri İlqar Məmmədov həbsdədir.

İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub.

5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.

“ABŞ bu qərara yenidən baxmalıdır”

  • 13 Dekabr 2017
  • comments

Yerusəlim qərarına qarşı Qüds qərarı

  • 14 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda