Baş nazir Artur Rasizadə Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəlinə dəyişiklik edib.
“Report”un xəbərinə görə, Artur Rasizadənin imzaladığı qərara əsasən, baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.
Baş nazirin birinci müavininə isə əlavə olaraq daha 1 köməkçi verilib. Beləliklə, birinci müavinin 2 köməkçisi olacaq. Eyni zamanda birinci müavin xidmətinə 4 baş məsləhətçi ştatı əlavə edilib.
Nazirlər Kabinetinin hüquq şöbəsində aparıcı məsləhətçi ştatı yaradılıb.
Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində də ştat cədvəlinə əlavələr edilib. İndən belə bu şöbədə 2 böyük məsləhətçi və 2 məsləhətçi çalışacaq. Əvvəlki ştat cədvəlində 1 böyük məsləhətçi və 1 məsləhətçi olub.