2017-2018 mövsümündə UEFA Çempionlar Liqasının 1/8 finalına çıxan komandaların tən yarısı əvvəllər bu turniri zirvədə başa vurub. Novator.az bildirir ki, indiki 16-lıqda titul sarıdan İspaniya paytaxtı Madridin “Real” klubu şəksiz liderdir. Komanda 12 dəfə Çempionlar Liqasının qalibi olub.
1955-ci ildə yaradılmış, 1991-1992 mövsümünədək Çempionlar kuboku adlanmış turnirdə “Bavariya” (Almaniya), “Barselona” (İspaniya), “Liverpul” (İngiltərə) 5 zəfər əldə ediblər.
İndiki 1/8 finalçılardan “Mançester Yunayted”in (İngiltərə) 3, “Yuventus”un (İtaliya) və “Portu”nun (Portuqaliya) 2, “Çelsi”nin (İngiltərə) 1 titulu var.
Digər 8 komanda – “Tottenhem”, “Mançester Siti” (İngiltərə), “Bazel” (İsveçrə), “Sevilya” (İspaniya), PSJ (Fransa), “Şaxtyor” (Ukrayna), “Roma” (İtaliya), “Beşiktaş” (Türkiyə) heç vaxt Çempionlar Liqasının qalibi olmayıblar.