• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aclıq davam edir

  • 11 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Ukrayna müxalifətinin əsas liderlərindən olan Mixail Saakaşvili istintaq təcridxanasında aclıq aksiyası keçirir. Novator.az-ın məlumatına görə, dekabrın 11-də Saakaşviliyə baş çəkən vəkil Ruslan Çernolutski jurnalistlərə deyib ki, siyasətçi yalnız su içir. Vəkil Saakaşvilinin özünü yaxşı hiss etdiyini, ona bəzi şəxsi əşyalar, kitablar verdiyini bildirib.

Saakaşvili dekabrın 8-i axşam tutulub. O, cinayətə cəhddə, qabaqcadan əlbir olan bir qrup şəxsin cinayət törətməsində, cinayət təşkilatları üzvləri ilə davamlı işbirliyi və onların cinayət fəaliyyətini ört-basdır etməkdə ittiham olunur.

Paytaxt Kiyevdə, Ukrayna Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanan Saakaşvilinin bu gün məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq əməkdaşlarının dekabrın 5-i paytaxt Kiyevdə, yaşadığı evdə tutduğu Saakaşvilini hüquq mühafizə orqanlarına aparmaq mümkün olmamışdı. Tərəfdarları onu aparıldığı avtomobildən çıxarıb azad etmişdilər.

1967-ci il təvəllüdlü Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.

2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.

2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.

2017-ci il iyulun 25-də Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.

Bir müddət Avropada dolaşan Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmayıb. Sentyabrın 10-da Saakaşvili bir qrup tərəfdarı ilə Polşa-Ukrayna sərhədində sərhədçilərin və polis əməkdaşlarının qurduğu sipəri yararaq ölkə ərazisinə keçib.

O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukrayna hakimiyyətinə qarşı mübarizə aparır, növbədənkənar seçkilərə çağırır, Poroşenkonun istefasını tələb edir.

Məzənnələr fərqli istiqamət alıb

  • 11 Dekabr 2017
  • comments

Ana müxalifətin yeni lideri

  • 11 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda