UEFA Çempionlar Liqasının qrup mərhələsi başa çatıb. Novator.az-ın məlumatına görə, G qrupundan 1/8 finala vəsiqəni ötən ay təmin edən Türkiyənin “Beşiktaş” komandası dekabrın 6-sı Almaniyada “Leypsiq”i 2:1 hesabı ilə yenib. Evdə Fransanın “Monako” klubunu 5:2 hesabı ilə udan “Portu” (Portuqaliya) qrupdan ikinci vəsiqəyə sahib çıxıb.
Son turun dünənki oyunlarında E qrupundan İngiltərənin “Liverpul”, İspaniyanın “Sevilya”, F qrupundan Ukraynanın “Şaxtyor” klubları növbəti raunda çıxıblar.
A qrupundan “Mançester Yunayted” (İngiltərə), “Bazel” (İsveçrə), B qrupundan PSJ (Fransa), “Bavariya” (Almaniya), C qrupundan “Roma” (İtaliya), “Çelsi” (İngiltərə), D qrupundan “Barselona” (İspaniya), “Yuventus” (İtaliya), F qrupundan “Mançester Siti” (İngiltərə), H qrupundan “Tottenhem” (İngiltərə), “Real” (İspaniya) 1/8 finala daha əvvəl adlayıblar.