• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Respublika Veteranlar Təşkilatının yeni sədri təsdiqləndi

  • 05 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

General-polkovnik Tofiq Ağahüseynov Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinə təsdiq olunub. Novator.az xəbər verir ki, qərar Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının VII plenumunda qəbul edilib.

Plenum dekabrın 5-də keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təşkilatın üzvləri, müharibə, əmək, Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Bu ilin payızınadək Respublika Veteranlar Təşkilatına general-mayor Dadaş Rzayev sədrlik edib. O, sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında çıxarılan qərarla vəzifəsindən azad edilib. Qərar general-mayor Dadaş Rzayevin səhhətində yaranmış problemlərlə əlaqələndirilib. Həmin qərarla Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinin icrası Tofiq Ağahüseynova həvalə olunmuşdu.

Tofiq Ağahüseynov 1923-cü ilin fevralında Şəkidə doğulub. İkinci Dünya müharibəsində sovet ordusunda vzvod komandiri, əlahiddə zenit artilleriyası divizionunda qərargah rəisinin köməkçisi olub, Visla-Oder və Berlin əməliyyatlarında iştirak edib.

1960-64-cü illərdə Hövsanda yerləşən Hava Hücumundan Müdafiə polkuna komandirlik edib, 1964-cü ilin sonlarında Volqoqrada göndərilib və orada diviziya komandiri kimi çalışıb. 1968-ci ildə general-mayor rütbəsi alıb. 1969-cu ildən Rostovda korpus komandiri olub.

1972-ci ildə general-leytenant rütbəsi alan Tofiq Ağahüseynov 1975-ci ildə Bakı Dairəsi hava hücumundan müdafiə komandanının birinci müavini təyin edilib. 1980-ci ildə general-polkovnik rütbəsinə layiq görülüb, həmçinin ona Bakı Dairəsi hava hücumundan müdafiə komandanı vəzifəsi həvalə edilib. 1982-ci ildə Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi olub.

Tofiq Ağahüseynov SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi almış ilk azərbaycanlıdır.

Müstəqillik dövründə o, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilib. 1997-2002-ci illərdə Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi işləyib.

Yeni orden təsdiqəndi

  • 05 Dekabr 2017
  • comments

Göyçayda Əli Kərim müəmması…

  • 05 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda