• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hacı Məmmədovun dəfn olunduğu yer gizli saxlanır

  • 05 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Dekabrın 3-ü Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində intihar etdiyi bildirilən Hacı Məmmədov dəfn olunub.

Hacı Məmmədovun ailəsinin vəkili Afət Qazıyeva Trend-ə deyib ki, mərhumun meyiti dekabrın 5-i səhər ailəsinə təhvil verilib. Dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə keçirilib.

Trend-in məlumatına görə, Hacı Məmmədovun ailə üzvləri meyitin harada dəfn edildiyini gizli saxlayır.

Novator.az bildirir ki, Hacı Məmmədov 1951-ci ildə doğulub. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsində baş əməliyyat müvəkkili işləyib. Polis polkovnik-leytenantı olan Hacı Məmmədov 2005-ci ilin martında adam oğurluqları və qətllərə görə tutulub. Ümumən bu iş üzrə 26 nəfər mühakimə edilib. Məhkəmə Hacı Məmmədova, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi general-mayor Zakir Nəsirova və daha 8 nəfərə ömürlük həbs cəzası kəsib.

2017-ci il martın 16-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Zakir Nəsirovun cəzası 15 il həbslə əvəz edilib, bir müddət sonra isə o, azadlığa buraxılıb.

Hacı Məmmədov 2005-ci ilin martında tutulandan sonra Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin) təcridxanasında saxlanıb. 2016-cı ilin yazında o, səhhəti ilə əlaqədar Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Rəsmi məlumata görə, Hacı Məmmədov burada “ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi –  dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.

Hacı Məmmədov 2017-ci il dekabrın 3-də dünyasını dəyişib. Rəsmi məlumata əsasən, o, İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlandığı kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) araşdırmaya başlanıb. Araşdırmanı Bakı Şəhər Prokurorluğu aparır. Prokurorluğun tibbi ekspertin iştirakı ilə intihar hadisəsi baş verən yeri müayinə etdiyi xəbər verilir. Bildirilir ki, hadisə baş verən kameraya və mərhumun üzərinə baxış zamanı Hacı Məmmədovun əlyazması aşkarlanıb. Həmin əlyazmada o, qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.

Pensiyalar nə qədər artacaq?

  • 05 Dekabr 2017
  • comments

Avrasiya İttifaqından çıxmaq bəyanatı müzakirəyə b...

  • 05 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda