Dekabrın 5-də prezident İlham Əliyev sərəncam imzalayaraq Fazil Məmmədovu vergilər naziri vəzifəsindən azad edib.
Novator.az xəbər verir ki, Fazil Mәmmәdov 1964-cü ildә Şamaxı rayonunda anadan olub. 1985-ci ildә indiki Azәrbaycan Dövlət İqtisad Universitetinin maliyyә-kredit fakültәsini bitirib.
1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye-Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışıb. 1989-cu ildәn 1993-cü ilә qәdәr Maliyyә-Kredit Texnikumunda müәllim, kafedra müdiri işlәyib.
1993-cü ildә “Ünsal” Kommersiya Bankı İdarә Heyәtinin sәdri seçilib. 1994-cü ildә Aqrar Sәnaye Bankının Şәmkir şöbәsinin müdiri olub.
1995-1999-cu illәrdә Dövlәt Gömrük Komitәsinin Maliyyә-Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, hәmin sahә üzrә Gömrük Komitәsi sәdrinin müavini vәzifәsindә çalışıb.
1999-cu il iyun ayının 20-dә Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilib. 2000-ci il fevralın 11-dәn 2017-ci il dekabrın 5-dək vergilәr naziri olub.
Azərbaycan Güləş Federasiyasının prezidentidir.