• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Deputatın korporasiyası: detallar təsdiqlənib

  • 05 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev fərman imzalayaraq “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsini təsdiqləyib. Novator.az bildirir ki, səhmləri dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası” noyabrın 6-da yaradılıb. ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası olur, qurumun fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirir. Dövlət başçısının sərəncamları ilə Natiq Əmirov Müşahidə Şurasının sədri, Kamran Nəbizadə baş direktor təyin edilib.

Natiq Əmirov prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi, Kamran Nəbizadə 107 saylı Qazax dairəsindən Milli Məclisin deputatıdır.

Dövlət başçısının 4 dekabr fərmanı ilə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Beynəlxalq Bankından aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə (balansına) verilir.

ASC-nin nizamnamə kapitalına 2017-ci ilin dövlət büdcəsindən 5 milyon manat məbləğində vəsait yönəldilir.

Qurumun əsas məqsədi tabeliyindəki müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılması və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə malların (işlərin, xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktorunun prezidentin təyin etdiyi dörd müavini olacaq.

Baş direktor Kamran Nəbizadə 1971-ci ildə Bakı şəhərində doğulub. Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini və Ümumrusiya Xarici Ticarət Akademiyasının xarici iqtisadi əlaqələr fakültəsini bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Dövlət Neft Şirkətində, Sənaye və Energetika Nazirliyində məsul vəzifələrdə çalışıb, “LUKoil Marine İnternational” şirkətinin vitse-prezidenti olub.

2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2015-ci ildə Milli Məclisin deputatı seçilib. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir.

Sərkisyan təlim mərkəzində

  • 05 Dekabr 2017
  • comments

Döyüş atışları

  • 05 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda