• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident: “Ən çox gəlir gətirən sahə pomidorla bağlıdır”

  • 04 Dekabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkəmizdə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Orada yetişdiriləcək məhsulun, demək olar ki, hamısı xaricə ixrac olunacaq”. Prezident İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində “Baku Agropark” MMC-nin kollektivi ilə söhbətləşərkən belə deyib.

Dövlət başçısı “Baku Agropark”da birinci mərhələ çərçivəsində görülən işlərlə tanış olub. Birinci mərhələdə 10 hektar sahədə illik istehsal gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi yaradılıb. İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxana, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixana yaradılacaq.

“Baku Agropark”ın istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır. Dördüncü nəslə aid istixana kompleksi Niderland texnologiyasından istifadə olunmaqla qurulub. Burada istehsal olunan məhsullar “Tomat.az” brendi ilə əsasən ixrac edilir.

AZƏRTAC xəbər verir ki, hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq.

Prezident İlham Əliyev “Baku Agropark”ın kollektivi ilə görüşündə müəssisədəki iş şəraitini və məhsuldarlığı bəyəndiyini deyib: “Ən son texnologiyalardır. Ölkəmizin iqtisadi potensialını artıran müəssisədir. Burada ixracyönümlü məhsullar istehsal olunur. Bu da bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk”.

Dövlət başçısı bildirib: “İndi biz özümüzü tərəvəzlə təmin etmişik və ölkəmizə ən çox gəlir gətirən sahə məhz pomidorla bağlıdır. Bu ilin 10 ayında pomidor ixracından ölkəyə 130 milyon dollar pul gəlib. İndi təsəvvür edin, əgər biz növbəti mərhələdə 400 hektarda yeni istixana komplekslərini istifadəyə versək, – bu da təbii ki olacaq, – bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. Bu, yeni iş yerləri deməkdir, burada təqribən 200-ə yaxın vətəndaş işlə təmin olunub. Bura qadınlar üçün də iş yeridir. Bu da çox önəmlidir. Görürəm ki, burada işləyənlərin əksəriyyəti qadınlardır, iş şəraiti yaxşıdır”.

Kollektivin nümayəndələri dövlət başçısına iş şəraitindən razılıq ediblər və yaxşı əməkhaqqı ilə təmin olunduqlarını deyiblər. Onlar bildiriblər ki, müəssisədə ekoloji təmiz məhsul istehsal olunur, kimyəvi maddələrdən istifadə edilmir.

 

Avropanın içki liderləri

  • 04 Dekabr 2017
  • comments

Sərkisyan təlim mərkəzində

  • 05 Dekabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda