• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hacı Məmmədovun əlyazması tapılıb

  • 04 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Hacı Məmmədov Penitensiar Xidmətin  İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlandığı kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib. Bunu “Report”a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Hadisə dekabrın 3-də baş verib.

66 yaşlı Hacı Məmmədov Bakının Binə qəsəbəsində yerləşən müalicə müəssisəsində səhhətinə görə saxlanırdı.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Hacı Məmmədov “ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi –  dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilibmiş.

Penitensiar Xidmət intihar hadisəsi baş verən yeri prokurorluğun tibbi ekspertin iştirakı ilə müayinə etdiyini xəbər verir. Bildirilir ki, hadisənin baş verdiyi kameraya və mərhumun üzərinə baxış zamanı Hacı Məmmədovun əlyazması aşkarlanıb. Həmin əlyazmada o, qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.

Bakı Şəhər Prokurorluğu olayı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) araşdırır.

Hacı Məmmədovun vəkili olmuş Afət Qazıyeva “Report”a deyib ki, mərhumun meyiti yaxın müddətdə ailəsinə təhvil veriləcək.

Novator.az bildirir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olmuş polis polkovnik-leytenantı Hacı Məmmədov 2005-ci ilin martında adam oğurluqları və qətllərə görə tutulmuşdu. Ümumən bu iş üzrə 26 nəfər mühakimə olunub. Məhkəmə Hacı Məmmədova, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi general-mayor Zakir Nəsirova və daha 8 nəfərə ömürlük həbs cəzası kəsmişdi.

2017-ci il martın 16-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Zakir Nəsirovun cəzası 15 il həbslə əvəz edilib, bir müddət sonra isə o, azadlığa buraxılıb.

Hacı Məmmədov 2005-ci il martında tutulandan sonra Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizliyi Xidmətinin) təcridxanasında saxlanırdı. O, Binədəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə 2016-cı ilin yazında köçürülmüşdü.

Arayış xidmətinə 750 min dəfədən çox müraciət olun...

  • 04 Dekabr 2017
  • comments

Dövlət başçısı Zirədəki aqroparkda olub

  • 04 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda