• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakıda beynəlxalq konfrans

  • 01 Dekabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Dekabrın 1-i Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni konfransda iştirak edirlər.

İlham Əliyev konfransda nitq söyləyib, Azərbaycanda gedən inkişaf proseslərindən, ölkənin beynəlxalq əməkdaşlığından, iqtisadi sahədə həyata keçirilən layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətindən, respublikanın sülhməramlı əməliyyatlarda iştirakından, Dağlıq Qarabağ münaqişəsindən söhbət açıb.

Dövlət başçısı Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlərdən, “ASAN xidmət” mərkəzlərinin yaradılmasından, burada əhaliyə şəffaf xidmətin göstərilməsindən də danışıb.

Sonra Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani çıxış edib. O, Azərbaycan sülhməramlılarının ölkəsinin təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib, Azərbaycanın iqtisadi inkişafını, ümumi daxili məhsulun artmasını, davamlı islahatların həyata keçirilməsini vurğulayıb.

Məhəmməd Əşrəf Qəni “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə dəstək verən ölkələrin rəhbərlərinə və xalqlarına minnətdarlığını bildirib. Dövlət başçısı Əfqanıstanın terrorizmlə mübarizə sahəsində gördüyü işlərə, ölkənin inkişafı istiqamətində atılan addımlara toxunub. O deyib ki, terrorizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir: “Təəssüf ki, bəzi ölkələr terrorizmə dəstək verirlər. Terrorizmə qarşı mübarizə həm də regionda olan problemlərin həllinə töhfə verir”.

“Asiyanın Qəlbi – İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi – İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan, Azərbaycan, Çin, Hindistan, İran, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə qoşulub.

Neftlə bağlı qərar daha 9 ay uzadıldı

  • 30 Noyabr 2017
  • comments

Kabinetin 2018 planları təsdiqlənib

  • 01 Dekabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda