• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kreditlərə zəmanət qaydaları təsdiqləndi

  • 30 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsinə fərman verib. Bu qurumu dövlət başçısı sentyabrın 15-də yaradıb. ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və prezidentin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir.

Noyabrın 29-da imzalanan fərmanla ASC-nin nizamnaməsi, strukturu, eləcə də sahibkarların manatla aldığı kreditlərə təminat verilməsi, kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi, ASC-də kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi qaydaları təsdiq edilib.

Subsidiya 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir.

Novator.az bildirir ki, nizamnaməsinə əsasən, “Azərkreditzəmanət” ASC-nin əsas məqsədi sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artırmaq və bununla sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, həmçinin maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaqdır.

ASC-nin sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanət vermək; sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar vermək; sahibkarlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətləri göstərmək və s. vəzifələri var.

Qurumun nizamnamə kapitalı 100 milyon manatdır. Onun üç idarəetmə orqanı var: Səhmdarların Ümumi Yığıncağı; Müşahidə Şurası; İdarə Heyəti.

ASC-nin fəaliyyətinə cari rəhbərliyi kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin tərkibi 3 nəfərdir (prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və onun müavini, həmçinin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi digər üzv).

Zəmanət verilməsi şərtlərinə görə, kreditin məbləği 30 min manatdan az olmamalıdır.

 Nizamnamə

Kreditlərə təminat verilməsi qaydası

Subsidiya verilməsi qaydası

Kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi

Zəlzələ qurbanlarının sayı 500-ü ötüb

  • 29 Noyabr 2017
  • comments

Snayperlərin toplantısı

  • 30 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda