• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Elçin Quliyev və Azər Mehdiyevə hökm oxundu

  • 30 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev 10 il 6 ay, həmin mərkəzin əməkdaşı olmuş polkovnik Azər Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm noyabrın 30-da Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.

Məhkəmə Elçin Quliyev və Azər Mehdiyevin rütbədən məhrum olunması ilə bağlı aidiyyəti instansiyaya təqdimat göndərilməsini də qərara alıb.

Musavat.com xəbər verir ki işdə zərərçəkmiş kimi tanınan şəxslərin mülki iddiaları təmin olunmayıb. Yalnız Dövlət Təhlükəsizliyi Xidmətinin mülki iddiası təmin edilib. Hökmə əsasən, Elçin Quliyev və Azər Mehdiyevin bir sıra əmlakları dövlətin xeyrinə müsadirə olunacaq.

Məhkəmənin 13 noyabr iclasında dövlət ittihamçısı Elçin Quliyevin 15 il, Azər Mehdiyevin isə 13 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Elçin Quliyev və Azər Mehdiyev 2015-ci ildə tutulublar. Onlar Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə, külli miqdarda əmlak ələ keçirmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və digər maddələri ilə təqsirli biliniblər.

2015-ci ildə MTN-in bir sıra başqa zabitləri də həbs edilib. Onlardan bəzisinin məhkəməsi yekunlaşıb, bəziləri ilə bağlı proses isə hələ davam edir. Bütün işlərə Bakı Hərbi Məhkəməsində baxılır.

2015-ci ildəki həbslərdən bir neçə ay sonra, ilin sonunda Milli Təhlükəsizlik Nazirliyi ləğv olunub, yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Ankara və Bakıda Qarabağ müzakirələri

  • 30 Noyabr 2017
  • comments

ABŞ Şimali Koreyanı tam təcrid etməyə çağırdı

  • 30 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda