• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanın Şimali Koreya ilə nə münasibəti var?

  • 30 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

ABŞ ardıcıl nüvə silahı sınaqları keçirən Şimali Koreya rejimini tam təcrid etməyə çağırıb. BMT Təhlükəsizlik Şurasının 29 noyabr iclasında çıxış edən ABŞ nümayəndəsi Nikki Heyli deyib ki, bütün ölkələr Şimali Koreya ilə əlaqələri, o cümlədən ticarəti tam kəsməlidir: “İxrac və idxal əməliyyatlarını dayandırmaq, Şimali Koreyadan olan işçiləri ölkələrdən çıxarmaq gərəkdir”.

ABŞ-ın BMT-dəki nümayəndəsi Şimali Koreyanın bu qurumda səsvermə hüququnun alınmasına da çağırıb.

Azərbaycanın Şimali Koreya – Koreya Xalq Demokratik Respublikası ilə hansı əlaqələri var?

Novator.az bildirir ki, Azərbaycanla Koreya Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 30 yanvar 1992-ci ildə qurulub. Ancaq nə Şimali Koreyanın paytaxtı Pxenyanda Azərbaycanın səfirliyi var, nə Bakıda Şimali Koreyanın. Azərbaycanın Çindəki səfiri eyni zamanda Şimali Koreyada akkreditə olunub. Şimali Koreyanın Rusiyadakı səfiri isə eyni zamanda Azərbaycana təhkim olunub.

2017-ci ilin 10 ayının rəsmi yekunlarına görə, Azərbaycan Şimali Koreyadan 89,84 min manatlıq məhsul idxal edib. 2016-cı ildə Şimali Koreyadan 20,39 min manatlıq idxal qeydə alınıb. Dövlət Gömrük Komitəsinin saytındakı hesabatlara əsasən, 2016 və 2017-ci illərdə Azərbaycandan Şimali Koreyaya hər hansı ixrac olmayıb.

İki ölkənin sıx siyasi münasibəti də yoxdur, ancaq ara-sıra diplomatik jestlər qeydə alınır. Məsələn, bu ilin mayında Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yen Nam prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbrik məktubu göndərib.

Sentyabrda isə prezident İlham Əliyev Koreya Əmək Partiyasının sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri, Koreya Xalq Ordusunun ali baş komandanı Kim Çen İni ölkənin yaranması günü münasibətilə təbrik edib.

Şimali Koreya rejimi 1948-ci ildə qurulub. Kim Çen İn 2011-ci ildən Şimali Koreyanın rəhbəridir. Ondan əvvəl ölkəyə onun atası Kim Çen İr (1994-cü ildən), atasından əvvəl isə babası Kim İr Sen (1948-ci ildən) rəhbərlik edib.

Telefon və internet asılılığı beyni necə dəyişir?

  • 30 Noyabr 2017
  • comments

Ali Məhkəmə də eyni cür qərar verdi

  • 30 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda