• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan, Türkiyə, Pakistan bəyannaməsi imzalanıb

  • 30 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Noyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə, Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Nazirlər Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Havaca Məhəmməd Asif Bakı bəyannaməsi imzalayıblar.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Elmar Məmmədyarov deyib ki, əsasən iqtisadi məsələlər, xüsusilə üç ölkə arasında ticarət dövriyyəsinin artırılması müzakirə edilib. Nazir görüşdə regional münaqişələr, terrorla mübarizə barədə də müzakirələrin aparıldığını diqqətə çatdırıb.

Elmar Məmmədyarov vurğulayıb ki, görüşdə Azərbaycanın və Türkiyənin yaratdığı nəqliyyat dəhlizindən Pakistanın da yararlanması təklif olunub: “Ölkələrimiz arasında ikitərəfli və ya üçtərəfli hava nəqliyyatının bərpa olunması məsələsini də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunuq. Parlamentlərarası münasibətlərimiz də yüksək səviyyədədir, amma bu əlaqələr daha da genişləndirilməlidir”.

Mövlud Çavuşoğlu deyib ki, 30 noyabr görüşünün əsas məqsədi üç ölkə arasında əlaqələri daha da inkişaf etdirməyin yolları barədə müzakirələr aparmaq olub: “Ticarət dövriyyəsi daha da inkişaf etdirilməlidir. Xüsusilə müdafiə sahəsində əməkdaşlığı gücləndirə bilərik. Biz bu sahədə bir-birimizi dəstəkləyirik”.

Nazir görüşdə bu formata hər üç ölkənin parlamentarilərini də cəlb etmək barədə razılıq əldə edildiyini bildirib: “Biz Qarabağ, Kəşmir və Kipr məsələsinin həllində daha çox həmrəy olmalı və bir-birimizə dəstək zamanı heç nədən çəkinməməliyik. Qarabağ və Kəşmir məsələsində qardaş Azərbaycanın və qardaş Pakistanın daim yanındayıq”.

AZƏRTAC-ın məlumatına görə, Havaca Məhəmməd Asif birgə mətbuat konfransında deyib ki, ticarət dövriyyəsinin üçtərəfli formatda inkişafı daha faydalı nəticələr verə bilər: “Birbaşa hava nəqliyyatının bərpası üçün lazım olan bütün səyləri göstərəcəyik və hesab edirəm ki, buna nail olacağıq. Beynəlxalq məsələlərdə hər üç ölkənin mövqeləri üst-üstə düşür. Parlamentlərarası əlaqələri genişləndirmək barədə razılığa gəldik. Həmçinin qərara aldıq ki, üçtərəfli formatdan daha geniş istifadə edək”.

APA bildirir ki, Bakı bəyannaməsində dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət və qəti dəstək və öz ərazilərindən bir-birilərinə qarşı fəaliyyət məqsədilə istifadə edilməyəcəyi vurğulanır. Nazirlər yerləşdikləri regionlarda münaqişələrin davam etməsinin təəssüf doğurduğunu bildirərək günahsız mülki şəxslərin zərər görməsi və ərazi bütövlüyünə qarşı gücdən istifadə edilməsini qınayıblar və münaqişələrin beynəlxalq hüququn prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında siyasi yolla həllini tələb ediblər.

Növbəti üçtərəfli görüşü 2018-ci ildə İslamabadda keçiriləcək.

Naxçıvandakı qayda ölkənin hər yerində tətbiq olun...

  • 30 Noyabr 2017
  • comments

Birgə təlimlərin sayının artırılması müzakirə olun...

  • 30 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda