• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sabirabad səfərində nələr oldu?

  • 29 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Noyabrın 28-də Sabirabad Sənaye Məhəlləsinin təməli qoyulub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. İyirmi hektar ərazidə salınacaq sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

Prezident həmin gün Bayraq Muzeyinin açılışında iştirak edib, sonra 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanasının açılışına qatılıb. Burada rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşən İlham Əliyev deyib ki, səhiyyə sahəsində görülmüş işlər öz nəticəsini verir: “Bizim bütün göstəricilərimiz müsbətə doğru dəyişir, insanların ömrünün uzunluğu artır, həyat keyfiyyəti yaxşılaşır, ana və uşaq ölümü azalır. Bütün bunları beynəlxalq səhiyyə təşkilatları da qiymətləndirir. Bu gün Azərbaycan səhiyyə infrastrukturu baxımından dünya miqyasında qabaqcıl yerlərdədir.

Azərbaycan, hesab edirəm, yeganə ölkədir ki, burada hər bir vətəndaş dövlət hesabına ildə bir dəfə pulsuz müayinədən keçir. Biz bu layihəyə bir neçə il bundan əvvəl başlamışıq. Hər il beş milyondan çox Azərbaycan vətəndaşı müayinədən keçir və artıq öz sağlamlığı, səhhəti ilə bağlı bütün bilgiləri alır. Bu bizə imkan verir ki, xəstəliklər vaxtında müəyyən edilsin və lazımi müalicə də təyin olunsun”.

Dövlət başçısı sosial-iqtisadi məsələlərə toxunaraq qeyd edib ki, 2018-ci il üçün planlar çoxdur: “Gələn il fəal işləməliyik. Bu il də uğurla başa çatır. Baxmayaraq ki, son illər ölkə iqtisadiyyatı üçün o qədər də asan illər olmayıb. Təbii ki, neftin qiymətinin aşağı düşməsi, dünyada gedən iqtisadi-maliyyə böhranı bizə də təsir etdi. Ancaq hesab edirəm ki, biz bu sınaqdan şərəflə çıxdıq. Heç bir sosial proqramı ixtisar etmədik, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapdı. Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq və biz gələn ili də uğurla başa vuracağıq”.

AZƏRTAC xəbər verir ki, noyabrın 28-də İlham Əliyev əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan-Gəncəli və Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yollarının açılışında iştirak edib, Nizami kəndində “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub.

Prezident: “Tarixi ədalət də bizim tərəfimizdədir”

  • 29 Noyabr 2017
  • comments

Məzənnə yenilikləri

  • 29 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda