• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni dövlət proqramında nələr var?

  • 28 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Prezident İlham Əliyev baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün dövlət proqramını təsdiqləyib. Proqramda nəzərdə tutulan tədbirlər üçün Maliyyə və İqtisadiyyat nazirliklərinə hər il dövlət büdcəsinin, dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaiti nəzərdə tutmaq tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirib icranın gedişi barədə ildə bir dəfə prezidenti məlumatlandırmalıdır.

Novator.az bildirir ki, sənəddə 2016-cı ildə 70,7 ton, 2017-ci ildə 245,2 ton yaş barama istehsal edildiyi vurğulanır.

Dövlət proqramının məqsədi ipəkçiliyin dayanıqlı əsaslarla inkişafına nail olmaq, ipək emalı sənayesinin xammal təminatını yüksəltmək, istehsal edilən məhsulun keyfiyyətini və həcmini artırmaq, yeni təsərrüfat subyektləri yaratmaq, ipək məhsullarının ixrac potensialını gücləndirmək və məşğulluğu artırmaqdan ibarətdir. Məqsədə nail olmaq üçün bu vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

– baramaçılığa və ipəkçilik sənayesinə investisiyaların cəlb olunmasının təşviqi;

– barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə səmərəli iqtisadi dəstək mexanizminin formalaşdırılması;

– baramaçılığın və ipəkçiliyin inkişafı üçün əlverişli ərazilərdə ixtisaslaşmanın dərinləşdirilməsi;

– mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması;

– barama toxumçuluğunun inkişafı;

– yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması;

– baramaçılığın və ipəkçilik sənayesinin müasir texnologiyalar əsasında təşkili;

– ipək məhsulları ixracının dəstəklənməsi və təşviqi.

Sənəddə baramaçılığın və ipəkçiliyin inkişafının əsas istiqamətləri yer alır, qeyd olunur ki, proqram üzrə tədbirlərin icrası dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondunun, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaitləri, yerli və xarici investisiyalar, qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Dövlət proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

DÖVLƏT PROQRAMI

5 mağazada yoxlamanın nəticələri

  • 27 Noyabr 2017
  • comments

Sabirabad sərəncamı

  • 28 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda