• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentin Tərtər səfəri

  • 28 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Prezident İlham Əliyev noyabrın 28-də Tərtər rayonuna səfər edib. Tərtər şəhərinin mərkəzində prezidenti icra başçısı Müstəqim Məmmədov qarşılayıb, ona son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib. Müstəqim Məmmədov bildirib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.

AZƏRTAC xəbər verir ki, sonra İlham Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Muzey 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında muzey üçün yeni bina inşa edilib. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Muzeydə ümumilikdə 2000 eksponat nümayiş olunur.

Dövlət başçısı Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışına da qatılıb. Uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir.

Həmin gün İlham Əliyev 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilinə baş çəkib, yaradılan şəraitlə maraqlanıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlı olan mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından məcburi köçkünlər köçürüləcək.

Yaşayış kompleksindəki məktəblə tanış olan dövlət başçısına məlumat verilib ki, təhsil ocağı 1200 şagird yerlikdir. Prezident İlham Əliyev məktəblə tanış olduqdan sonra Tərtər ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.

Samvel Babayan

Qarabağlı cəllad 6 il həbs cəzası aldı

  • 28 Noyabr 2017
  • comments
Qerib Mehdi

Xosrov Natilin 60 yaşına (esse)

  • 28 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Bölgə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda