• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

5 mağazada yoxlamanın nəticələri

  • 27 Noyabr 2017
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Vergilər Nazirliyi yanında Bakı Şəhər Kiçik Sahibkarlıqla İş Departamenti paytaxtın Yasamal və Xətai rayonlarının ərazisində operativ vergi nəzarəti tədbirləri keçirib. Taxes.gov.az-ın məlumatına görə, Yasamal rayonunda yerləşən 2 “Forte fashion” geyim mağazasında, eləcə də Xətai rayonunda yerləşən “Forte fashion” və “Forte kids” geyim mağazalarında vergi orqanında uçota alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsi faktları aşkar olunub.

Yasamaldakı bir “Forte Fashion” mağazasında 4 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və 255 min 389 manat məbləğində malların uçotdan yayındırılması, digər “Forte fashion” mağazasında 8 nəfər fiziki şəxsin əmək müqaviləsi olmadan çalışması və 291 min 919 manat məbləğində malların uçotdan yayındırılması, Xətaidəki “Forte fashion” mağazasında 72 min 564 manat, “Forte kids” uşaq geyimləri mağazasında 57 min 394 manat məbləğində malların uçotdan yayındırılması müəyyən edilib.

Aparılmış araşdırmalar nəticəsində qeyd olunan təsərrüfat subyektlərində (obyektlərində) Kiçik Sahibkarlıqla İş Departamentində vergi ödəyicisi kimi uçota alınmış İmanov İman İlqar oğlunun sahibkarlıq fəaliyyəti göstərdiyi bilinib.

Keçirilmiş vergi nəzarəti tədbirləri zamanı İmanov İman İlqar oğluna aid olan, Nəsimi rayonunda yerləşən “Forte kids” geyim mağazasında da 3 fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb olunması və 82 min manat dəyərində malların uçotdan yayındırıldığı aşkar edilib.

Aparılmış vergi nəzarəti tədbirləri zamanı “Forte kids” və “Forte fashion” əmtəə nişanı adı altında 5 obyektdən 4-də qanunsuz sahibkarlıq fəaliyyəti göstərildiyi, uçotdan gizlədilmiş malların dəyərinin 729 min 266 manat, əmək müqaviləsi bağlanmadan işə cəlb olunmuş fiziki şəxslərin sayının isə 15 nəfər olduğu üzə çıxıb.

Rusiyanın ən kriminal və ən təhlükəsiz yerləri

  • 27 Noyabr 2017
  • comments

Yeni dövlət proqramında nələr var?

  • 28 Noyabr 2017
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda