• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Fikret Huseynli

Fikrət Hüseynlini yenə tutmaq istəyirlər

  • 22 Noyabr 2017
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ukrayna paytaxtı Kiyevdə tutulan və bir neçə gündən sonra azadlığa buraxılan azərbaycanlı jurnalist Fikrət Hüseyni ilə bağlı məsələ hələ tam həllini tapmayıb.

Fikrət Hüseynli Azərbaycanı 2008-ci ilin əvvəlində tərk edib və həmin vaxtdan Niderland Krallığında yaşayır. 2014-cü ildən o, bu ölkənin vətəndaşıdır.

Bakıda Fikrət Hüseynliyə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və dələduzluq ittihamları ilə cinayət işi açılıb. Bir neçə il qabaq başlanan bu cinayət işi ilə əlaqədar Fikrət Hüseynli axtarışa verilib.

2017-ci il oktyabrın 14-də Fikrət Hüseynli Azərbaycanın İnterpola verdiyi sorğu əsasında Kiyevin Borispol hava limanında saxlanıb.

Oktyabrın 17-də Borispol Rayon Məhkəməsi onun barəsində 18 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Oktyabrın 27-də isə məhkəmə Fikrət Hüseynlinin Azərbaycana ekstradisiya olunmasına dair Kiyev Şəhər Prokurorluğunun vəsatətini rədd edərək jurnalisti zaminə buraxıb.

“Amerikanın səsi”nə açıqlamasında Fikrət Hüseynli deyib ki, Kiyev prokurorluğu onun zamində olması ilə razılaşmır və buna görə də məhkəmənin oktyabrın 27-də çıxardığı qərardan protest verib.

Protestə noyabrın 30-u Kiyev Şəhər Apellyasiya Məhkəməsində baxılmalıdır.

Fikrət Hüseynli bildirib ki, o, hazırda Kiyevdədir: “Prokurorluq pasportumu hələ qaytarmayıb. Buna məhkəmə qərar verməlidir. Hiss olunur ki, prokurorluq Azərbaycan hakimiyyəti ilə sövdələşmənin həyata keçirilməsinə cəhd edir”.

Jurnalist qeyd edib ki, istintaqın qərarına əsasən, o, ilin sonunadək Ukraynada qalmalıdır: “Bundan sonra məhkəmə mənimlə bağlı yenidən qərar verməlidir”.

41 yaşlı Fikrət Hüseynli vaxtilə “Azadlıq” qəzetinin əməkdaşı olub. Son vaxtlar isə xaricdən yaylan “Turan TV” ilə əməkdaşlıq edir. “Turan TV”nin Azerbaycansaati.com saytı Azərbaycan Respublikası ərazisində məhkəmə qərarı ilə bloklanıb.

Nazir yeni yaşayış kompleksinə baş çəkib

  • 22 Noyabr 2017
  • comments

Əməliyyat necə başa çatıb?

  • 23 Noyabr 2017
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda